
Beynəlxalq Futbol Federasiyası (FİFA) gələcək dünya çempionatlarının yayın hüquqları ilə bağlı yeni qayda üzərində işləyir.
Fanat.Az xəbər verir ki, qurum 2030 və 2034-cü illərdə keçiriləcək Dünya Çempionatlarında oyunlar zamanı "su fasilələri"ni saxlayacaq.
ABŞ mediaməkanındakı yeni yayım müqavilələrinə daxil edilən bu addım fasilələrin yayım vaxtına təsirini tənzimləməyə hesablanıb.
Bu isə o deməkdir ki, kəskin isti havalarda tətbiq edilən su fasilələri futbol qaydalarının daimi tərkib hissəsinə çevrilir.