
Almaniya nəhəngi "Bayer Leverkuzen"in ingiltərəli müdafiəçisi Carel Kuansa Premyer Liqaya qayıtmağa yaxındır.
Fanat.Az xəbər verir ki, "Arsenal" və "Mançester Yunayted" gənc stoperi heyətinə qatmaq üçün mübarizəyə başlayıb.
"Arsenal" artıq futbolçunun klubu ilə rəsmi danışıqlara start verib, "Yunayted" isə futbolçunun nümayəndələri ilə ilk təmasları qurub.
Almaniya təmsilçisi oyunçunu satmaqda həvəsli deyil və keçən yay "Liverpul"a ödədikləri 35 milyon avrodan qat-qat artıq məbləğ tələb edəcəyini bəyan edib.