
"Benfika" Alessandro Çirkatinin transferi üçün "Parma" ilə rəsmi danışıqlara başlayıb.
Fanat.Az xəbər verir ki, İtaliya klubunun şərəfini qoruyan 22 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm ümumilikdə 33 qarşılaşmada mübarizə aparıb.
Portuqaliya təmsilçisi gənc oyunçunu heyətinə qatmaqla müdafiə xəttini daha da gücləndirməyi hədəfləyir.
Tərəflər arasında razılığın əldə olunması üçün danışıqlar prosesi sürətlə davam edir.