
İngiltərənin "Liverpul" klubu PSJ-nin hücumçuları Bredli Barkola və İbrahim Mbayeni transfer etmək üçün əlverişli imkan qazanıb.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, hər iki futbolçu Paris təmsilçisinin çempionat matçının heyətindən kənarda saxlanılıb.
Bu addım "mersisaydlılar"ın hər iki vingeri İngiltərəyə gətirmək şanslarını gözəçarpan dərəcədə artırıb.
"Liverpul" rəhbərliyinin yaxın günlərdə fransız klubuna rəsmi təklif göndərəcəyi gözlənilir.