
Almaniyanın "Leyptsiq" klubu Fransanın "Lill" komandasında çıxış edən 21 yaşlı belçikalı hücumçu Matia Fernandes-Pardo üçün rəsmi təklif göndərib.
Fanat.Az xəbər verir ki, "buğalar" gənc forvardın transferi üçün qarşı tərəfə dərhal 35 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər.
Ötən mövsüm keçirdiyi 41 rəsmi matçda 8 qol və 6 məhsuldar ötürmə ilə diqqət çəkən belçikalı ulduz "Leyptsiq"in skaut şəbəkəsinin əsas hədəfidir.
Almaniya təmsilçisi bu transferlə hücum xəttindəki rəqabəti artırmağı planlaşdırır.