
"Mançester Yunayted" sol cinah müdafiəsi mövqeyini gücləndirmək məqsədilə "Arsenal"ın gənc istedadı Mayls Lyuis-Skelli ilə yaxından maraqlanır.
Fanat.Az xəbər verir ki, "topçular" futbolçunu satmağa qarşı olmasalar da, onun üçün ən azı 50 milyon funt-sterlinq tələb edirlər.
əMançester Yunayted" rəhbərliyi isə London təmsilçisinin istədiyi bu məbləği həddindən artıq yüksək hesab edir.
Tərəflər arasında qiymət razılığı əldə olunarsa, transfer pəncərəsi bağlanana qədər rəsmi müqavilə imzalanacaq.