
"Qalatasaray" Almaniyanın "Ştutqart" klubunun futbolçusu Ermedin Demiroviçə təklif göndərib.
Fanat.Az xəbər verir ki, informasiyanı "TRT Spor" yayıb.
"Sarı-qırmızılar" 28 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. İstanbul nəhəngi oyunçu üçün təklif də göndərib.
Xatırladaq ki, Ermedin Demiroviç ötən mövsüm Almaniya klubunun heyətində 38 matça çıxaraq, 15 qol vurub və 4 məhsuldar ötürməyə imza atıb.
Əlisahib İbrahimli