
"Aston Villa" rəhbərliyi "Brayton"a 0:4 hesablı ağır məğlubiyyətdən sonra heyəti gücləndirmək üçün "Milan"ın ulduzu Rafael Leau üçün hərəkətə keçib.
Fanat.Az "Football Insider" portalına istinadən xəbər verir ki, baş məşqçi Unai Emeri portuqaliyalı vingeri komandasında görməyi çox istəyir.
27 yaşlı futbolçunun İtaliya klubu ilə 2028-ci ilə qədər müqaviləsi olsa da, bu yay "San Siro"dan ayrılmaq niyyətindədir.
Birmingem təmsilçisi təcrübəli hücumçunun transferini tezliklə həll etmək üçün "Milan"la rəsmi danışıqlara başlamağı planlaşdırır.