
"Barselona"nın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonq dizindəki zədə səbəbindən növbəti dəfə problemlə üzləşib.
Fanat.Az insayder Karles Monforta istinadən xəbər verir ki, bir neçə həftəlik bərpa prosesindən sonra bu gün meydançaya qayıdan futbolçu məşq zamanı yenidən ağrılar hiss edib
Tibbi müayinələrdən sonra təcrübəli oyunçunun dizindəki narahatlığın tam keçmədiyi bəlli olub.
Yaranmış bu vəziyyət niderlandlı ulduzun yaşıl meydanlara qayıdış vaxtını yenidən təxirə salıb.