
Londonun "Çelsi" klubu "Atalanta"dan transfer etməyə hazırlaşdığı 18 yaşlı müdafiəçi Onest Ahanorla bağlı planını müəyyənləşdirib.
Fanat.Az insayder Alfredo Pedullaya istinadən xəbər verir ki, "Çelsi" gənc futbolçunu rəsmiləşdirdikdən dərhal sonra oyun praktiki qazanması üçün başqa kluba icarəyə vermək variantını nəzərdən keçirir.
Artıq "Portu" və "Aston Villa" klubları 18 yaşlı yarımmüdafiəçini icarəyə götürmək üçün "Çelsi"yə rəsmi müraciət ediblər.
Futbolçunun gələcək taleyi yaxın saatlarda dəqiqləşəcək.