
Kanada millisinin və "Yuventus"un hücumçusu Conatan Devid İspaniya nəhənginə keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış jurnalist və insayder Nikolo Skira yayıb.
Məlumata görə, onun xidmətində "Atletiko Madrid" maraqlıdır. Mənbə Turin klubunun 26 yaşlı forvardı məcburi satınalma öhdəliyi ilə icarəyə verməyə hazır olduğunu vurğulayıb.
Devid 2025-ci ilin yayından "Yuventus"da top qovur. Ön xətt oyunçusunun "qoca sinyora" ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonunadək nəzərdə tutulub. "Transfermarkt" portalı Conatanın transfer qiymətini 30 milyon avro məbləğində dəyərləndirir.
Toğrul