
"Komo" klubunun yarımmüdafiəçisi Niko Paz Argentina milli komandasında Lionel Messinin "10" nömrəli formasını təhvil almağa əsas namizəddir.
Fanat.Az xəbər verir ki, rəhbərlik və məşqçilər heyəti gənc futbolçuya böyük etimad göstərir.
Messinin milli karyerasını bitirməsindən sonra bu əfsanəvi nömrənin məhz Niko Paza həvalə olunacağı gözlənilir.
Gənc yarımmüdafiəçi artıq komandanın gələcək hücum xəttinin əsas lideri kimi görülür.