
Türkiyə Super Liqasının 4-cü turunda “Qalatasaray” səfərdə “Başakşəhər”in qonağı olub.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb.
“Sarı-qırmızılılar”ın nigeriyalı hücumçusu Viktor Osimhen 17-ci dəqiqədə komandasının ilk qolunu vurub.
Lakin 27 yaşlı futbolçu 33-cü dəqiqədə qasıq nahiyəsində ağrı hiss edərək oyunu yarımçıq tərk edib. Osimheni Barış Alper Yılmaz əvəzləyib.