
İtaliya millisinin və Milan "İnter"inin sabiq futbolçusu Sandro Matsola vəfat edib.
Fanat.Az xəbər verir ki, məlumatı "İnter"in mətbuat xidməti yayıb.
Keçmiş forvard 83 yaşında həyatla vidalaşıb
Xatırladaq ki, Matsola 1960-1977-ci illər aralığında "İnter"in heyətində 567 oyuna çıxaraq 162 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. O, İtaliya millisində 70 matçda 22 dəfə rəqib qapılarına yol tapıb.
Toğrul