
Avropanın nəhəng klubları Qambiyanın 15 yaşlı gənc ulduzu Adama Jenq üçün bir-biri ilə amansız transfer mübarizəsinə başlayıb.
Fanat.Az xəbər verir ki, WAFU Zone A U17 turnirində sərgilədiyi oyunla skautları valeh edən gənc istedaf Qambiyanın finala yüksəlməsində əsas pay sahibi olub.
Londonun "Çelsi" klubu da gənc ulduzu heyətinə qatmaq üçün yarışa daxil olan klublar sırasındadır.
"Zadəganlar"ın skautları 15 yaşlı futbolçunu uzunmüddətli layihə üçün möhtəşəm transfer namizədi kimi görürlər. Transfrin yaxın aylarda rəsmiləşəcəyi gözlənilir.