
"Çelsi" braziliyalı gənc ulduzu Estevao Villianı nəinki satmaq, hətta onunla bağlı gələn təklifləri müzakirə etmək niyyətində deyil.
Fanat.Az xəbər verir ki, "Liverpul"un 19 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 100 milyon funt-sterlinqlik rekord təklif hazırladığı bildirilsə də, London klubu bu iddiaların qarşısını kəsib.
Rəhbərlik braziliyalı istedadı klubun uzunmüddətli gələcək layihəsinin əsas parçalarından biri kimi qiymətləndirir.
Bu səbəbdən "Çelsi" rəsmiləri gənc ulduzun komandadan ayrılmasına heç bir halda icazə verməyəcəklərini bəyan ediblər