
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində sentyabr və oktyabr aylarında keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, sentyabrın 25-də evdə Çexiya, 30-da səfərdə Şotlandiya, oktyabrın 6-da isə öz meydanında Cəbəllütariq ilə qarşılaşacaq U-21-ə dəvət alanlar arasında Nəriman Axundzadə də var.
Heyət belədir:
Qapıçılar: Sadiq Məmmədzadə (“İmişli”), Səlim Həşimov (“Gəncəbasar”), Xəyal Fərzullayev (“Sumqayıt”)
Müdafiəçilər: Emin Rüstəmov (“Şamaxı”), Elgün Dünyamalıyev (“Sabah”), Raul Məmmədov (“MOİK”), Ceyhun Bağırzadə (“Şamaxı”), Əkbər Eyubov (“İmişli”), Ayxan Süleymanlı (“Sumqayıt”), Hacıəli Şirəliyev (“Şamaxı”), Sənan Muradlı (“Şamaxı”), Eşqin Əhmədov (“Qəbələ”)
Yarımmüdafiəçilər: Bilal İsmayılov (“MOİK”), Nuğay Rəşidov (“Qəbələ”), Emil Süleymanov (“Şamaxı”), Hikmət Cəbrayılzadə (“Qarabağ”), Şahin Şahniyarov (“Qəbələ”), Okan Təhmazlı (“Şamaxı”), Elyas Bağci (“Herta”, Almaniya), Nəriman Axundzadə (“Ərzurumspor”, Türkiyə)
Hücumçular: Nahid Əliyev (“Şəfa”), Lorenzo Metsotero (“Sampdoriya”, İtaliya), Ağadadaş Salyanski (“Araz-Naxçıvan”), Mustafa Kamara (“Sent-Trüden”, Belçika), Nihad Əhmədzadə (“Sumqayıt”)