
"Kvara mənim üçün dünyanın ən yaxşı futbolçusudur. O, "Qızıl top" mükafatını qazansa, çox şad olaram".
Fanat.Az "L1+"ə istinadən xəbər verir ki, bu sözləri PSJ-nin hücumçusu Usman Dembele deyib.
Fransa millisinin üzvü Paris klubundakı gürcü komanda yoldaşı Xviça Kvaratsxeliyanın "Qızıl top"u haqq etdiyini vurğulayıb: "Ötən mövsümü inanılmaz keçirdiyini də nəzərə alsaq, Xviça "Qızıl top"a layiqdir".
Xatırladaq ki, Kvaratsxeliya ötən mövsüm ÇL-in ən yaxşı futbolçusu seçilib. Qitənin ən nüfuzlu klub turnirində 16 matça çıxan vinger 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat