
İngiltərə Premyer Liqasının iddialı klublarından "Çelsi" heyətini gücləndirmək üçün növbəti böyük transferə hazırlaşır.
Fanat.Az xəbər verir ki, London təmsilçisi "Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uortona olan marağını yanvar transfer pəncərəsi ərəfəsində daha da artırıb.
"Zadəganlar" İngiltərə milli komandasının gənc üzvünü heyətinə qatmaq üçün təxminən 80 milyon funt-sterlinq dəyərində rəsmi təklif göndərməyə hazırlaşır.
Rəhbərlik bu gedişlə transfer yarışında öndə olmağı hədəfləyir.