
Misli Premyer Liqasının 6-cı turunda “Zirə” “Turan Tovuz”un qonağı olub.
Fanat.Az xəbər verir ki, “qartallar” 0:1 hesabı ilə məğlub olub.
Qonaqların baş məşqçisi Rəşad Sadıqov görüşün ardınca jurnalistlərin suallarını cavablandırıb:
Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm. Tovuzda oynamaq çətin olur. Komandamı məğlub görmürəm. Oyunçularıma təşəkkürümü bildirirəm.
-Oyun bitəndən sonra nə baş verdi?
-Ciddi bir şey olmadı.
-Amin Seydiyevi qayda pozuntusuna görə qınamaq olar?
-Hakimin səhv qərarları oldu. Vaxt bitmişdi, ancaq əlavə hücumda verdi. Autu biz atsaq oyunu bitirərdi.
-“Zirə” uduzdu yoxsa uduzduruldu?
-Uduzmadıq. Biz də bu cür epizodlara münasibət bildirə bilərik.
-Bundan əvvəlki oyunlarda hücum xəttində daha aktiv “Zirə” görürdük, lakin bu gün buna şahid olmadıq. Səbəb nə idi?
-"Turan Tovuz"a qarşı oynamaq çətindir. Bu gün oyun elə idi ki, rəqib hər şeydən yaxşı istifadə etməyi bacarırdılar. Rəqib topu özündə saxlamağı bacarırdı. Uzun ötürmələrdən yaxşı istifadə etdilər. "Turan Tovuz"un oyun fəlsəfəsi buna səbəb oldu.
-Rəsmi olaraq bəyanat verib etirazınızı niyə bildirmirsiniz?
-Təhlik etsək, “Zirə”yə qarşı çox səhvlər olub. Türkiyədə də bu cür şeylər var. Bizim futbolumuz da artıq ona çevrilib.
-Həm azarkeşlər, həm də futbolçular tərəfindən bir aqressiya var idi. Bu aqressiya sizcə, nə dərəcədə doğrudur?
-Bu hadisələr “Turan Tovuz”a qarşı 2:0 məğlub olduğumuz oyundan sonra baş verdi. Ümumi azarkeşlər bizə qarşı belə deyil. Bəziləri belə edir. “Zirə”yə qarşı bu aqressiya rəqibin rəhbərliyindən gəlir. Tam dəqiq bilmirəm kimdir. Ancaq bu belədir.
Əlisahib İbrahimli