09:00 20.09.2026 112

"Milli haqqında artıq-əskik danışmaq düzgün olmaz" - Qismət Alıyev

Misli Premyer Liqasının 6-cı turunda "Turan Tovuz" doğma meydanda "Zirə"ni qəbul edib.

Fanat.Az xəbər verir ki, ev sahibi komanda 1:0 hesabı ilə qalib gəlib.

"Qartallar"ın futbolçusu Qismət Alıyev matçdan sonra açıqlamalar verib:
-Oyunu necə şərh edərdiniz?

-Matç barədə bilirdik ki, istər standart vəziyyətlərdə, istərsə də aut atışlarında çətin bir komandaya qarşı oyun bizi gözləyir. Bilirik ki, burada oynamaq hər zaman çətindir. Düşünürəm ki, matçın əvvəllərində oyun heç-heçə gedirdi, amma sonda diqqətsizliyimizdən qapımızda qol gördük. İndi milli fasilədir və artıq bunları geridə qoyub qarşıdan gələn oyuna hazırlaşacağıq.

-Atmosfer çox gərgin idi, sizə qarşı aqressiya var idi. Bu, sizin oyununuza necə təsir edirdi?

-Yox, deyə bilməzdim ki, bu hallar oyuna hansısa şəkildə təsir edirdi. Sadəcə başa düşmürəm ki, azarkeşlər kimliyindən asılı olmayaraq bizə qarşı niyə bu qədər aqressivdirlər. Amma bu hal hər zaman görünür, hələ çempionatın əvvəlidir. Bu rəqib komanda ilə qarşıda daha iki oyunumuz var.

-Oyunun son dəqiqələrində nə baş verdi? Hadisələrin mərkəzində idiniz…

-Böyük bir şey baş vermədi, sadəcə olaraq onların, səhv etmirəmsə, ehtiyat oyunçularından biri biz tərəfə tənqidi və təhrikedici jestlər etməyə başladı. Məğlub olan komandaya belə şeyler istər-istəməz pis təsir edir. Məsələni böyütmədik, yola verdik. Rəqib komandanı təbrik edirik.

-Hakimin performansını necə dəyərləndirirsiniz? Bu məğlubiyyətdə onun da payı oldu?

-Yox, məğlubiyyətdə payının olduğunu deməzdim. Sadəcə ikili mübarizələrdə hakim rəqibə daha çox üstünlük verdi. Amma hakimi günahlandırmaq istəməzdim.

-Xüsusilə yan xətt hakiminə etirazınız var idi. Bu nədən irəli gəlirdi?

-Bəli, bir epizodda top rəqibdən çıxmışdı. Sadəcə dedik ki, top rəqibdən çıxıb, başqa bir şey olmadı.

-Dünən milli komandanın heyəti açıqlandı, "Zirə"dən futbolçular var idi, amma sən yox idin. Bu barədə nə düşünürsən, özünü heyətdə gözləyirdinmi?

-Hər bir futbolçu kimi mən də gözləyirdim. Bu mövsüm komandada 10 oyun keçirmişəm və demək olar ki, hamısında əsas heyətdə olmuşam, bu gün 11-ci oyun idi. Bu, baş məşqçinin seçimidir. Milli haqqında artıq-əskik danışmaq düzgün olmaz. Yəqin ki, indiki vəziyyətdə məndən daha hazır futbolçular görüb və onları heyətə dəvət edib.

Əlisahib İbrahimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

20 Sentyabr 2026
09:00

"Milli haqqında artıq-əskik danışmaq düzgün olmaz" - Qismət Alıyev

02:22

Super Liqa: "Trabzonspor" "Qalatasaray"ı əliboş yola saldı

01:54

La Liqa: "Barselona" səfərdən 3 xalla dönür

01:34

Liqa 1: "Tuluza" 3 xalı 3 qolla qazandı

01:18

A Seriyası: Turun mərkəzi matçında qalib müəyyənləşmədi

00:53

Bundesliqa: "Dortmund"dan minimal hesablı qələbə

00:41

Premyer Liqa: "Arsenal" darmadağına uğradı

19 Sentyabr 2026
23:57

Milli komandamızın müdafiəçisi Türkiyədə gözlənilməz qərarla üz-üzə qaldı

23:26

Valdas Dambrauskas "İmişli" ilə matçdan sonra nə danışdı?

23:15

Fərid Namazov: "Fasilədən maksimum yararlanmağa çalışacağıq"

22:44

"Beşiktaş"da şok zədə

22:12

"Çelsi"dən 80 milyonluq həmlə

21:39

MPL: "Turan Tovuz" son dəqiqələrdə sevindi, "Sabah"dan inamlı qələbə

21:23

"Sumqayıt" heyətini gücləndirdi

20:41

"Real Madrid" və "Barselona" 16 yaşlı istedad üçün hərəkətə keçdi

20:12

İngiltərə nəhəngi 15 yaşlı afrikalı üçün yarışa qoşuldu

19:54

Kurban Berdıyev "Zirə" ilə matçı belə şərh etdi

19:48

"Zirə"yə qarşı bu aqressiya rəqibin rəhbərliyindən gəlir" - Rəşad Sadıqov

18:48

"Çelsi" 100 milyonluq təklifi geri çevirdi

18:11

"Qalatasaray"ın futbolçusu milli komandası ilə yollarını ayırdı

17:42

Prezident İsgəndər Cavadovla bağlı sərəncam imzaladı

17:18

"Sabah" "Ordu"nu yendi

16:54

"İmişli" yayda vidalaşdığı oyunçu ilə müqavilə bağladı

16:27

MY-nin vunderkindi iki İspaniya nəhəngindən birini seçəcək

15:45

“Neftçi” Azərbaycanın böyük klubudur və çox yaxşı tarixə malikdir" - Endryu Qravilyon

15:21

Maykl Kerrikə təzyiq artır

14:39

Azərbaycanın U-21 millisinin heyəti açıqlandı - Nəriman da çağırıldı

14:18

"Kvara mənim üçün dünyanın ən yaxşı futbolçusudur"

13:51

Keyn 46 illik rekordu qırdı

13:09

"İnter"in əfsanəsi vəfat etdi

12:48

Lamin Yamal: "İstəyirəm ki, onlar həmişə uduzsunlar"

12:13

"Kəpəz" 2 sınaq matçına çıxacaq

11:47

Bu gün Azərbaycan milliləri Səmərqənddə növbəti oyunlarını keçirəcəklər

11:16

"Zirə" ilə oyundan öncə "Turan Tovuz"un heyəti ilə bağlı son vəziyyət açıqlandı

10:00

"Milli fasilənin bizə faydalı olacağını düşünürəm" - Cenk Sümer

09:42

MPL: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

09:00

"Neftçi"də qalmağı həqiqətən çox istəyirdim"- Elvin Camalov

01:48

Ruslan Voronsov "Karvan"dan ayrılması barədə danışdı: Yeni klubu bəlli oldu

18 Sentyabr 2026
23:58

"Qalatasaray"da Osimhen gərginliyi

22:47

"Real Madrid" İngiltərədən 80 milyon funtluq müdafiəçi gətirir

Facebookdan bizi izləməyi unutmayın.
X