
“Sabahın Ulduzları" Bakı Kuboku uğrunda yarımfinal mərhələsinin oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, U-14 yaş qrupunda finalçılar müəyyənləşib.
İlk yarımfinal görüşündə "Qarabağ" ilə "Ulduz" qarşılaşıb. Başabaş mübarizə şəraitində keçən qarşılaşmanın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Beləliklə, cütün taleyi penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan Ağdam təmsilçisi qalib gələrək finala adlayıb.
İkinci finalçı “Sabah" ilə "Neftçi”nin duelində bəlli olub. "Bayquşlar" 3 cavabsız qolla qalib gələrək həlledici görüşə vəsiqə əldə ediblər.
Nəticədə finalda "Qarabağ" ilə "Sabah" üz-üzə gələcəklər. Final sentyabrın 27-də olmalıdır. Amma "Formula-1" ilə əlaqədar dəyişiklik gözlənilir.
Sabahın Ulduzları
Yarımfinal
19 sentyabr
”Qarabağ” – “Ulduz” 0:0 (əlavə vaxtda - 0:0, penaltilərlə - 5:4).
“Sabah - Neftçi” 3:0
Qollar: Rəsul Əliyev, 39, 66. Rəcəb Əzizov, 79.
Bu gün - 20 sentyabrda U-15 yaş qrupunda da yarımfinal oyunları keçiriləcək:
“Neftçi” – EFA
“Ulduz” – “Qarabağ”