09:38 20.09.2026 88

MPL: Azər Bağırovla Cavid Hüseynov sabiq komandalarına qarşı

Misli Premyer Liqasında 6-cı turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, tura bu gün 2 oyunla yekun vurulacaq.

Günün ilk matçında "Şamaxı" "Araz-Naxçıvan"ı qonaq edəcək. Qonaqlar cari mövsüm ilk qələbə arzusundadırsa, "aslanlar" liderlərə yaxınlaşmaq üçün xal itirməməyə çalışacaq. Qarşılaşma hər iki komandanın baş məşqçisi üçün prinsipialdır. Belə ki, həm "Şamaxı"nın baş məşqçisi Azər Bağırov, həm də "Araz-Naxçıvan"ın çalışdırıcısı Cavid Hüseynov sabiq komandası ilə üz-üzə gələcək. 

Millinin oyunları ilə bağlı iki həftəlik fasilə ərəfəsində baş tutacaq tura Gəncədə yekun vurulacaq. "Kəpəz" ardıcıl 4-cü ev oyununda "Sumqayıt"la gücünü sınayacaq. Sonuncu pillədən qurtulmağa çalışan "kimyaçılar" qərb səfərindən qalib dönməyə və beləliklə, həm də qələbəsizlik seriyasına son qoymağa çalışacaq. Əks halda, bu, "Sumqayıt"ın baş məşqçisi Felipe Kandidunun fasilədə istefaya göndərilməsinə yol aça bilər.

Qeyd edək ki, turun daha öncə keçirilmiş oyunlarda “Neftçi” “Qəbələ”yə (3:0), “Qarabağ” “Şəfa”ya (1:0), "Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə (3:1) qalib gəlib.

Premyer Liqada 7-ci turun oyunları 9-11 oktyabrda keçiriləcək.

Misli Premyer Liqası
6-cı tur
20 sentyabr 

16:30. “Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Elvin Bayramov.
VAR: Emin Əliyev. 
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev. 
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu. 

19:00. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Ruslan Quliyev.
VAR: Fərid Hacıyev. 
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Orxan Məmmədov. 
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Gəncə şəhər stadionu.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

20 Sentyabr 2026
09:38

MPL: Azər Bağırovla Cavid Hüseynov sabiq komandalarına qarşı

09:24

"Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev müharibə veteranları ilə görüşüb

09:00

"Milli haqqında artıq-əskik danışmaq düzgün olmaz" - Qismət Alıyev

02:22

Super Liqa: "Trabzonspor" "Qalatasaray"ı əliboş yola saldı

01:54

La Liqa: "Barselona" səfərdən 3 xalla dönür

01:34

Liqa 1: "Tuluza" 3 xalı 3 qolla qazandı

01:18

A Seriyası: Turun mərkəzi matçında qalib müəyyənləşmədi

00:53

Bundesliqa: "Dortmund"dan minimal hesablı qələbə

00:41

Premyer Liqa: "Arsenal" darmadağına uğradı

19 Sentyabr 2026
23:57

Milli komandamızın müdafiəçisi Türkiyədə gözlənilməz qərarla üz-üzə qaldı

23:26

Valdas Dambrauskas "İmişli" ilə matçdan sonra nə danışdı?

23:15

Fərid Namazov: "Fasilədən maksimum yararlanmağa çalışacağıq"

22:44

"Beşiktaş"da şok zədə

22:12

"Çelsi"dən 80 milyonluq həmlə

21:39

MPL: "Turan Tovuz" son dəqiqələrdə sevindi, "Sabah"dan inamlı qələbə

21:23

"Sumqayıt" heyətini gücləndirdi

20:41

"Real Madrid" və "Barselona" 16 yaşlı istedad üçün hərəkətə keçdi

20:12

İngiltərə nəhəngi 15 yaşlı afrikalı üçün yarışa qoşuldu

19:54

Kurban Berdıyev "Zirə" ilə matçı belə şərh etdi

19:48

"Zirə"yə qarşı bu aqressiya rəqibin rəhbərliyindən gəlir" - Rəşad Sadıqov

18:48

"Çelsi" 100 milyonluq təklifi geri çevirdi

18:11

"Qalatasaray"ın futbolçusu milli komandası ilə yollarını ayırdı

17:42

Prezident İsgəndər Cavadovla bağlı sərəncam imzaladı

17:18

"Sabah" "Ordu"nu yendi

16:54

"İmişli" yayda vidalaşdığı oyunçu ilə müqavilə bağladı

16:27

MY-nin vunderkindi iki İspaniya nəhəngindən birini seçəcək

15:45

“Neftçi” Azərbaycanın böyük klubudur və çox yaxşı tarixə malikdir" - Endryu Qravilyon

15:21

Maykl Kerrikə təzyiq artır

14:39

Azərbaycanın U-21 millisinin heyəti açıqlandı - Nəriman da çağırıldı

14:18

"Kvara mənim üçün dünyanın ən yaxşı futbolçusudur"

13:51

Keyn 46 illik rekordu qırdı

13:09

"İnter"in əfsanəsi vəfat etdi

12:48

Lamin Yamal: "İstəyirəm ki, onlar həmişə uduzsunlar"

12:13

"Kəpəz" 2 sınaq matçına çıxacaq

11:47

Bu gün Azərbaycan milliləri Səmərqənddə növbəti oyunlarını keçirəcəklər

11:16

"Zirə" ilə oyundan öncə "Turan Tovuz"un heyəti ilə bağlı son vəziyyət açıqlandı

10:00

"Milli fasilənin bizə faydalı olacağını düşünürəm" - Cenk Sümer

09:42

MPL: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

09:00

"Neftçi"də qalmağı həqiqətən çox istəyirdim"- Elvin Camalov

01:48

Ruslan Voronsov "Karvan"dan ayrılması barədə danışdı: Yeni klubu bəlli oldu

Facebookdan bizi izləməyi unutmayın.
X