
"Mançester Siti"nin Premyer Liqa qərarlarına qarşı etdiyi apellyasiya müraciəti əsas sponsor "Etihad Airways"in keçmiş bəyanatına görə təhlükə altına düşüb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, aviaşirkət 2015-ci ildə ABŞ hökumətinə sponsorluq ödənişlərinin Əbu-Dabi hökuməti tərəfindən deyil, öz büdcəsindən ödənildiyini bildirib.
Lakin İngiltərə klubunun mövcud müdafiə müstəvisində əlavə maliyyənin Əbu-Dabi hökumətindən gəldiyini iddia edəcəyi gözlənilir.
Sponsorun 2015-ci ildəki rəsmi mövqeyi klubun apellyasiya strategiyası ilə ciddi şəkildə ziddiyyət təşkil edir. Bu gözlənilməz uyğunsuzluq Mançester təmsilçisinin məhkəmə prosesindəki işini çətinləşdirə bilər.