14:47 31.10.2017 1672

Robert Prosineçki: "Planlarımda Avropa klublarında çalışmaq var"

"Zaqreb və Belqradda baş məşqçi yeri boşalan kimi mətbuat məni önə çəkir”. Bunu "Veçernji list”ə müsahibəsində futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Serbiya yığmasının sükanı arxasına keçəcəyinə dair iddialara münasibət bildirərkən deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Balkan yarmadasında işləmək istəmir. Xorvatiyalı baş məşqçi planlarında Avropa klublarında çalışmaq olduğunu söyləyib: "Açığı, bu söhbətlərdən yorulmuşam. Nəsə söyləsəm, müzakirələrə yol açacaq. Qoy, hamı bilsin, heç bir milli komanda ilə əlaqəm yoxdur. Məndən nə vaxt soruşublarsa, cavabım "yox” olub. Adımı hallandıranların hamısına təşəkkür edirəm. Amma Serbiya yığmasında olmayacağam. Balkanlarda iş təcrübəm çoxdur. Planlarımda Avropa klublarında çalışmaq var”.

R.Prosineçki hesab edir ki, özündə emosiyalar daşıyan Balkan mentaliteti onun həyatında böyük təzyiq yarada bilər. Bu səbəbdən, təcrübəli mütəxəssis karyerasını fərqli bölgədə davam etdirməyi düşünür: "İşini gözəl yerinə yetirən insanla necə danışmağı bilirəm. Amma həmin şəxslər hələ də mənim Kayseridən Bakıya gəlməyimə gülürlər. Halbuki Azərbaycanda təzyiqlərdən uzağam. Serbiyada ömürlük dostluq münasibəti qurduğum insanlar var. Lakin yenə də təkrar edirəm, bu bölgədə işləmək istəmirəm”.

Baş məşqçi dünyanın ən yaxşı futbolçusunu müəyyənləşdirərkən, ilk "3-lük"lə bağlı seçimini də şərh edib. Xorvatiyalı mütəxəssis Lionel Messini Kriştiano Ronaldodan üstün oyunçu adlandırmasının səbəbini açıqlayıb: "Messinin dünyanın ən yaxşı futbolçusu olduğundan heç bir şübhəm yoxdur. İkinci yer isə Kriştiano Ronaldonundur".

R.Prosineçki həmyerlisi Luka Modriçi üçüncü pilləyə layiq görməsini isə belə əsaslandırıb: "Mən ona yalnız ikimizin də eyni ölkədən olduğumuz üçün səs versəydim, öz inanclarımın əksinə olardım. Modriç tarixdə ən güclü xorvatiyalı futbolçudur. Xüsusən son 3 ildə karyerasında əldə etdiyi uğurlar onun ən dahi olduğunu deməyə əsas verir. Modriçin kubokları qarşısında baş əymək lazımdır. O, son iki ilin ən güclü komandasında çıxış edir. Luka həm də sözün həqiqi mənasında ən yaxşı xorvatiyalı futbolçudur. Onu ötmək çətindir". 

Qeyd edək ki, Serbiya millisi 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazansa da, baş məşqçi Slavolyub Muslin istefaya göndərilib. Bu vəzifə müvəqqəti olaraq, Mladen Krstayiçə tapşırılıb. S.Muslini əvəzləyəcək mütəxəssislər sırasında Robert Prosineçkinin də adı hallanır. R.Prosineçkinin AFFA ilə üç illik müqaviləsinin müddəti dekabrda başa çatır. Tərəflər artıq əməkdaşlığı davam etdirməyəcəklərini açıqlayıblar.("Report”)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 Avqust 2026
17:08

Duqlass dünya rekordunu yenilədi

16:42

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşdi

16:09

"Sabah"ın rəqibi ikinci heyətlə oynayıb darmadağın oldu

15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

11:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:41

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

10:12

PSJ "Ayaks"ın vingerini heyətinə cəlb etdi - RƏSMİ

09:37

MPL: "Sumqayıt" "Neftçi"ni, "Zirə" debütantı qəbul edir

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:43

Super Liqa: "Fənərbağça" "Gənclərbirliyi"nə məğlub oldu

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" Rumıniyaya qalib gedir

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

18:08

"Zaqatala" "Bərdə"yə məğlub oldu

17:43

Holand "Ginnes"ə düşdü - Rekord

16:44

Okan Buruk: "Bu həftə bir və ya iki transferin həyata keçəcəyini gözləyirik"

15:50

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq?

15:11

PSJ Torresi rənglərinə bağladı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X