21:19 05.11.2017 2032

Montevideo zibilliyindən Avropanın möhtəşəm arenalarına (PORTRET)

Uruqvayın mümkünsüzü bacaran "el pistolero”su 

Futbol üzrə dünya çempionu olmaq hər ölkəyə nəsib olmur. Elə təkcə bu günə kimi mundiallarda çempionluq sevinci yaşamış ölkələrin siyahısına baxmaq kifayətdir - Braziliya, Almaniya, İtaliya, Argentina, İspaniya, Fransa, İngiltərə, Uruqvay. Bu siyahıda sonuncu ölkə yəqin ki, futbolun tarixinə bələd olmayan bir çoxlarını təəccübləndirər. Lakin bu gün Cənubi Amerika futbolu dedikdə ilk olaraq ağıla gələn Argentina və Braziliyadan illər öncə bu sevinci məhz Uruqvay yaşayıb. Özü də, elə ilk mundialda. Lakin 1950-ci ildə 2-ci çempionluğunu yaşayan Uruqvay millisi artıq uzun müddətdir qeybə çəkilmişdi. Yalnız son illərdə futbol azarkeşləri yenidən bu millinin adına mötəbər yarışların favoritləri sırasında rast gəlməyə başlayıblar.
 
2010-cu ildə, 40 illik fasilədən sonra mundialda 4-cü olan cənubi amerikalılar, son DÇ-də 1/8 finalda uduzdu. Lakin "seleste” daha yüksək uğurlara imza atmağa qadir millidir. Son seçmə mərhələni Braziliyadan sonra 2-ci pillədə başa vuran uruqvaylılar, ardıcıl 3-cü dəfə muniala vəsiqə qazandılar. Bu milli gələn il Rusiyada təşkil ediləcək ən mötəbər futbol turnirinin əsas favoritlərindən olmasa da, heyətində, xüsusilə hücum xəttində olan ulduzlara görə mundialın ən maraqlı, həm də gizli favoritlərindən hesab edilə bilər. Söhbət Edinson Kavani və Luis Suaresdən gedir. Müvafiq olaraq PSJ və "Barselona”nın "vuran ayağı” olan bu forvardlar vətənlərinin millisini də dünya çempionatında uğura daşımağa qadirdirlər. Bu dəfə sizə vurduğu qollarla yanaşı, yaşıl meydandakı aqressivliyi ilə də tez-tez gündəmə gələn Suaresdən, zirvəyə çatana kimi üzləşdiyi çətinliklərdən bəhs edəcəyik.
 

Çətin keçən uşaqlıq...

Luis Suares 1987-ci il yanvarın 24-də, Uruqvayın Salto şəhərində dünyaya gəlib. Həyat heç də hamının üzünə gülmür. Luis də hələ uşaq vaxtından həyatın sərt üzünü görmüş insanlardandır. Kasıb ailədə böyüyən Suares, 7 uşaqlı ailənin 4-cü övladı idi. Cəmi 7 yaşı olan zaman ailəsi Saltodan paytaxt Montevideoya köçüb. 2 il sonra isə onun ailəsində ayrılıq yaşanır. Atası ailəsini tərk edərək, uşaqları anaları ilə təkbaşına buraxır. Elə balaca Suares də həyatın sərt üzünü məhz bu vaxt görməyə başlayır. Cəmi 9 yaşı olan Luis, süpürgəçi olan anasına küçələrdə zibil yığaraq kömək edirdi. Hələ kiçik yaşlarından futbola hədsiz marağı olan Suares, istədiyi komandanın futbolçu seçiminə girə bilməmişdi. Buna səbəb isə onun buts almağa pulunun olmaması idi. Çətinliklə də olsa, bu problemi həll edən kiçik Luis, futbola "Urreta” komandasında başlayır. Bu komandanın aşağı yaş qrupunda forma geyinən Suares, sonradan meydana çıxdığı oyunlardan birində het-trik edərək, diqqət mərkəzinə düşür. 14 yaşında isə ölkənin əsas komandalarından olan "Nasional”ın aşağı yaş qrupuna qoşulur. Onda olan istedad bütün məşqçiləri cəlb etsə də, aqressivliyi əsas heyətin daimi üzvü olmasına mane olurdu. Əslində, onu aqressivliyi də keçirdiyi həyata görə idi. Meydanda əsl mübarizə aparan Luis, həyatda qarşılaşdığı çətinliklərin, aldığı zərbələrin hirsini rəqiblərindən çıxırdı. Meydanda komandasının əsas "qol silahı” olmaqla yanaşı, rəqib futbolçuları sıradan çıxaracaq "odlu silah”a da çevrilən Suares, "el pistolero” (silahlı) ləqəbini alır.  
 
 

Aqressiv yeniyetməlik
 
Həyatda qarşılaşdığı çətinliklər hərdən onu depressiyaya da salırdı. Bu depressiya isə az qala, onun karyerasının üzərindən xətt çəkmişdi. Çətin uşaqlıq keçirən Luisin yeniyetməlik illəri də asan olmayıb. Küskün bir vəziyyətdə meydana çıxan, məşqlərə can yandırmayan Suares, tüfeyli həyat keçirir, tez-tez içirdi. Luis, həmin günlərini belə xatırlayır: "Futbolda ən uğursuz dövrlərim idi. Məşq etmək belə istəmirdim. Həyata qarşı üsyan etmişdim. Bu üsyan mənə heç nə qazandırmır, əksinə, hər şeyi əlimdən alırdı”.

Ancaq 2003-cü ildə yaşadığı hadisə onda mübarizə üçün əlavə stimul yaradır. Həmin vaxt həyatda onun üçün ən əsas şəxslərdən biri olan sevgilisi Sofia Balbinin ailəsi ilə birgə Avropaya, Barselonaya köçməsi "el pistolero”nu bir az da aqressivləşdirsə də, bu amil ona əlavə bir stimul da verirdi. O da sevgilisinin ardınca "köhnə qitə”yə yollanmaq istəyirdi. Lakin bunun yeganə yolu ən yaxşı bacardığı şey - futbol idi. Daha yaxşı nəticə qazanmaq, Avropa klublarından birinin diqqətini cəlb etmək üçün gecə-gündüz çalışan Suares, oyun zamanı rəqiblərinin hər müdaxiləsinə onun gələcək ailəsini dağıdan bir zərbə kimi baxır və bu müdaxiləyə sərt cavab verirdi. Bir dəfə isə o, hətta meydanda hakimə başla zərbə endirməkdən belə çəkinməmişdi. Ancaq onda olan istək aqressiyanı üstələyirdi. Bu amil isə meydanda özünü açıq şəkildə göstərirdi. Aşağı yaş qruplarında qolları sıralayan Suares, 2005-ci ildə "Nasional”ın əsas komandasının məşqçilərinin diqqətini cəlb edir. 18 yaşında ölkənin ən böyük klublarından birində debüt edən Suares, burda ilk mövsümünü uğurlu keçirir. O, şans qazandığı 27 oyunda 10 qola imza ataraq, komandasının çempionluğunda mühüm rol oynayır. 
 
Sevginin ardınca – Avropaya
 
2006-cı ildə isə Suares nəhayət, arzusuna çatır. Hollandiyanın "Qroningen” klubunun skautları bu gənc uruqvaylıdakı istedadı "kəşf etmişdilər”. Danışıqlar çox qısa olur. "Nasional” istedadlı, ancaq aqressiv olan "qol maşını”ndan mümkün qədər yüksək qiymətə canını qurtarmağa çalışırdı. "Qroningen” 800 min avro qarşılığında 19 yaşlı istedadı heyətinə cəlb edir. Suares əsas arzusuna çatmış, Avropaya ayaq basmışdı. Ancaq Barselonaya yollanmağa hələ bir neçə il də var idi.
 
 

Reallaşan arzular
 
Suaresin Avropa karyerası uğurlu başlayır. "Qoningen”də ilk mövsümündə 37 oyunda 15 qol vuran "el pistolero”, Hollandiyanın ən köklü klublarından olan "Ayaks”a transfer olunur. Amsterdam təmsilçisi gənc istedadın transferi üçün 7,5 milyon avro ödəyir. Burda 3 mövsüm yarım keçirən Suares, azarkeşlərin sevimlisinə çevrilir. Əlbəttə, vurduğu qollarla. Luis "Ayaks”da keçirdiyi 159 oyunda 111 dəfə rəqib qapıçıları məyus edir. Burdan "Liverpul”a transfer olunan "el pistolero” Amsterdam təmsilçisinə 26,5 milyon avro qazandırır. Suares "Liverpul”da da öz sözünü deyir. Meydana çıxdığı 133 oyunda 82 dəfə fərqlənən hücumçu, nəhayət, istəyinə doğru daha bir addım atır. "Barselona” 2014-cü ildə 82 milyon avro qarşılığında, Suaresin transfer hüququna yiyələnir. Beləliklə, Luisin Barselona arzusu da reallaşır. 2003-cü ildə sevgilisinin ailəsi ilə birgə yollandığı bu şəhər artıq onun üçün xəyal yox, gerçək ev olur. 
Suaresin sevgilisi Sofiadan söz düşmüşkən, cütlük hücumçu İspaniyaya yollanmazdan xeyli öncə, 2009-cu ildə ailə həyatı qurublar. Hazırda Luis və Sofianın bir qız, bir oğlan övladı var. Suares "Barselona”ya transfer olunduqdan sonra həyat yoldaşının ailəsi ilə birgə yaşamağa başlayır. Onun digər klubları yox, məhz "Barselona”nı seçməsində heç şübhəsiz, bu amil əsas rol oynayır.
 
"Barselona”nın "qol silahı”
 
"Barselona”ya transfer olunduğu zaman bir çoxları onun bu komandanın simvolu olan Lionel Messinin kölgəsində qalacağını düşünürdü. Lakin Suares tezliklə bu cür düşüncələrə kölgə saldı. Messini kölgədə qoymasa da, o, artıq 4-cü mövsümdür Kataloniya təmsilçisinin əsas ol silahlarındandır. Bu gün Suares "Barsa”nın bir nömrəli olmasa belə, əsas qol ümididir. O, burda çıxış etdiyi vaxt ərzində La Liqanı (2 dəfə), ölkə kubokunu (3), ölkə superkubokunu, Çempionlar Liqasını, Avropa superkubokunu və klublararası dünya çempionluğunu qazanıb. Ümumilikdə isə "el pistolero” "Barsa” forması ilə  meydana çıxdığı 160 oyunda 124 dəfə rəqib qapıçıları məyus edib.
 
Hədəfinə çatsa da...
 
Suares əsas hədəflərinə çatsa da, sonrakı illərdə də yaşıl meydanlardakı aqressivliyini davam etdirdi. Bu, artıq onda xarakter halını alıb. Maraqlıdır ki, Suares rəqibləri sıradan çıxarmaq üçün ənənəvi - zərbə üsulundan yox, dişləməyi seçir. "Liverpul”da çıxış etdiyi zaman da rəqib futbolçuları dişləməsi ilə gündəmə gələn Luis, bu hərəkəti ilə  DÇ-2014 zamanı diqqət mərkəzinə düşür. O, İtaliya ilə qrup oyununda "skuadra adzurra”nın müdafiəçisi Corco Kyellinini dişləməsi ilə gündəmə gəldi. Onun bu hərəkəti geniş müzakirələrə səbəb olur, FİFA isə Suaresi 9 oyun cəzalandırdı.
 
 

Millinin əsas ümidi

Suares yığmada hələ "Qroningen”də çıxış etdiyi zaman, 2007-ci ilin fevralın 8-də, Kolumbiya ilə matçda (3:1) debüt edir. Həmin ilin oktyabrında isə Boliviya ilə DÇ-nin seçmə mərhələ oyununda (5:0) yığmada ilk qoluna imza atır. O oyundan sonra ayağı açılan 30 yaşlı hücumçu, bu illər ərzində şans qazandığı 95 oyunda 49 qol vurub. O, Uruqvay millisinin tarixi ərzində ən sərrast futbolçudur. Elə gələn il Rusiyada təşkil ediləcək mundialda da "seleste”nin əsas qol ümidi odur. Uruqvaylılar əsl fədakar olan Suaresin qolla olmasa belə, istənilən yolla millini çiynində daşıyacağına əmindirlər.
 
Portret

Ən yaxşı bacardığı  şeyə - futbola yeganə qurtuluş yolu kimi baxan Suares, bu yolda onun qarşısına çıxan istənilən maneəni qaydalar çərçivəsində olmasa belə, "sıradan çıxarmağa” hazırdır. Əsl fədakar olan Suares, millinin uğur qazanması üçün uzunmüddətli cəzanı belə göz önünə almağı bacarır. O, həm sadiq, həm də əzmkardır. Montevideo küçələrində zibil yığmaqdan Avropanın böyük arenalarına yollanacaq qədər əzmkar, sevdiyi insanın ardınca getmək üçün mümkünsüzü bacaracaq qədər isə sadiqdir.
 
Qaynarinfo.Az
Mənbə: "Kaspi" qəzeti
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Avqust 2026
13:44

Dünya Seriyası:Azərbaycan millisi uduzdu, “Neftçi SOCAR” gözləyir

13:06

Azər Bağırov "Qarabağ"a qarşı tam heyətlə mübarizə aparacaq

12:38

Romero "Atletiko"nun şərəfini qoruyacaq - RƏSMİ

12:11

Avropa Liqasında bütün pley-off cütləri bilindi

11:40

1-ci Liqa nə vəd edir? - İddialıların imkanları, ortababların isə sayı artıb

11:15

Debütant ilk matça itkisiz çıxacaq

10:54

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura yekun vuruldu - Nəticələr/Fotolar

10:08

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:41

İmmobile karyerasını başa vurdu

09:00

MPL: "İmişli" "Araz-Naxçıvan"a qarşı, çempion "Sabah"ın "Kəpəz"lə ÇL "məşq"i

01:43

Super Liqa: "Qalatasaray" doğma meydanda "büdrədi"

14 Avqust 2026
23:36

"Başlanğıc üçün vacib qələbə idi" -Kurban Berdıyev

23:11

Kaxaber Tsxadadze "Turan Tovuz"la matçdan sonra belə danışdı

22:45

"Çelsi" "Mançester Yunayted"in 15 yaşlı gəncini qaçırır

22:05

"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

21:41

"Neftçi" İmad Farajla yollarını ayırdı

21:27

MPL: "Turan Tovuz"a 1 qol bəs etdi

21:09

"Ayaks"ın 55 milyonluq ulduzu PSJ-yə keçir

20:44

Bakıda beynəlxalq badminton turniri start götürdü

20:07

Gimnastımız Fidan Qurbanlı Dünya çempionatında ölkəmizi təmsil edib

19:55

Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb

19:06

Sabah "Zaqatala" yoxlama oyununa çıxacaq

18:47

Zaman Zamanlı "Zaqatala"da

18:04

Ayxan Abbasov “Sabahın Ulduzları” turniri barədə fikirlərini bildirib

17:48

"Tvente" tanış rəqib olsa da..." - Sabiq futbolçusu "Qarabağ"a inanır

17:30

"Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi

17:11

"Qarabağ"ın "Şamaxı" ilə oyununun biletləri satışa çıxarıldı

17:05

"Trendyol" CEV EuroVolley 2026 Women" Avropa çempionatının titul sponsoru oldu

16:53

Ağasəlim Mircavadov: "Tvente"nin hücum xətti yaxşıdır, amma..."

16:35

"Zirə" debütantla oyuna tam heyətlə hazırlaşır

16:17

"Neftçi"nin "Sumqayıt"la oyuna neçə itki ilə çıxacağı bəlli oldu

15:58

İmad Faraj tibbi müayinədən uğurla keçdi

15:40

"Qalatasaray" Batrakova rəsmi təklif göndərdi

15:22

Samir Əliyev "Qarabağ - "Tvente" mübarizəsindən nə gözləyir? - AÇIQLAMA

15:04

"Qarabağ"ın "Tvente" ilə səfər oyununu albaniyalı hakim idarə edəcək

14:46

"Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq

14:26

"Mənə elə gəlir ki, "Qarabağ" "Tvente"ni də keçəcək"

14:08

"Qarabağ" - "Tvente" oyununun hakimləri açıqlandı

13:50

Neymar "Santos"da "partladı"

13:32

Arif Əsədov: "Son qələbə "Tvente"ni də keçmək üçün təkan ola bilər"

Facebookdan bizi izləməyi unutmayın.
X