Bir müddət öncə "Barselona"nın "Tottenhem"in müdafiəçisi Serj Aurier ilə danışıqları aparması haqqında xəbərlər yayılıb.
Fanat.Az xəbər verir ki, Kataloniya klubu yayılan məlumatlara aydınlıq gətirib.
"Barselona"nın yaydığın açıqlamada bu xəbər təkzib olunub:"Biz heç vaxt bu oyunçu və ya onun agenti ilə danışıq aparmamışıq. Onlar danışıqlar aparmaq istəyiblər, lakin heç bir ünsiyyət olmayıb".
Qeyd edək ki, Serj Aurier bu yay PSJ-dən "Tottenhem"ə 25 milyon avroya transfer olunub.
Fanat.Az