Arda Turan yayda "Monako"ya keçə bilərmiş. Fanat.Az xəbər verir ki, bu barədə Fransanın "L'Equipe" nəşri məlumat yayıb.
İddia olunub ki, "Barselona" Kilian Mbappenin transferi üçün "Monako" ilə anlaşıb. Anlaşmaya əsasən Kataloniya klubu fransızlara Arda Turanla yanaşı, müəyyən məbləğdə pul (məbləğ açıqlanmır) ödəməli imiş. Tərəflər keçidin bütün detallarını razılaşdırıb.
Lakin son anda Mbappe "Barselona"ya keçməkdən imtina edib və PSJ-yə üz tutub. Bu səbəbdən də Arda Turanın "Monako"ya transferi baş tutmayıb.
Fanat.Az