"Qalatasray" Fatih Terimin rəhbərliyi altında ilk qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, Türkiyə Superliqasının 17-ci turu çərçivəsində "Cimbom" doğma arenada "Göztəpə"ni qəbul edib. 90 dəqiqə ərzində rəqib torunu 3 dəfə silkələyən meydan sahibləri öz qapısında cəmi bir top görüb - 3:1. "Aslanlar"dan Harri Rodriges, Yasin Öztekin və Maykon fərqlənib.
Uğursuz nəticələrinə görə İqor Tudoru göndərən klub rəhbərliyi bir neçə gün öncə Fatih Terimlə müqavilə bağlamışdı.
Fanat.Az
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.