Konor Makqreqor dünyanın ən ödənişli idmançıları arasında ilk mpillədə yer alıb.
Fanat.Az xəbər verir ki, "Forbes"in açıqladığı son siyahıda 10 ən çox qazanan idmançının adı var.
İki çəki dərəcəsində sabiq UFC çempionu 2020-ci ildə 180 milyon avro qazanıb. Konor pu pulun çoxunu şəxsi sayəsində biznesi hesabına yatırıb. O, viskidən - "Proper No. Twelve." brendinin sınaq satışından 150 milyon əldə edib. Daha 8 milyona reklamlara görə sahib çıxan irlandiyalı döyüşlərdən 22 milyon qazanıb.
Reytinqdə ikinci olan Lionel Messinin 130, üçüncü pillədəki Kriştianu Ronaldunun 120 milyon avro gəlir əldə etdiyi müəyyənləşib. Ulduz futbolçuların bu pulların böyük qismini klublarıyla olan müqavilədən qazandıqları vurğulanıb.
Atilla
Fanat.Az