
Futbol üzrə Polşa çempionatında 9-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Krivotsyukun komandası səfərdə “Şlask”a (Vrotslav) 1:3 hesabıyla uduzub.
Anton start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da millimizin müdafiəçisi vurub. O, ilk yarım saatın tamamında komanda yoldaşının ötürməsini dəqiq baş zərbəsi ilə qola çevirib. Müdafiəçi 34-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Bu, Krivotsyukun Polşa çempionatında ikinci qoludur. O, 4-cü turda səfərdə “Pyast”a 3:4 hesabıyla uduzduqları matçda da fərqlənmişdi.
“Visla” 9 turdan sonra 10 xalla 18 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.