UEFA türkiyəli FİFA referisi Cüneyt Çakır və köməkçisi Abdulkadir Bitigeni cəzalandırıb.
Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, buna onların UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Milan”la “Atletiko Madrid” arasında keçirilmiş oyunda səhvə yol vermələri səbəb olub.
Avropa futbol qurumu hər iki hakimi qitənin bir nömrəli klub turnirinin kənarlaşdırmaq barədə qərar qəbul edib.
Daha əvvəl Milan təmsilçisinin baş məşqçisi Stefano Pioli Çakırın idarəçiliyini tənqid etmiş, ardından sözügedən İtaliya təmsilçisinin qitə futbol qurumuna rəsmi şikayət ünvanlayacağı açıqlanmışdı.
Qeyd edək ki, Çakır "Atletiko"nun 2:1 hesablı qələbəsi ilə başa çatan matçın 29-cu dəqiqəsində "Milan"ın futbolçusu Frank Kessyenə qırmızı vərəqə verib. O, görüşün sonlarında isə meydan sahiblərinin qapısına penalti təyin edib. Abdulkadir Bitigen də həmin qarşılaşamada VAR hakimi olub.