Futbol üzrə Ukrayna Premyer Liqasında 11-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçuların – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv öz meydanında “Desna” ilə 0:0 hesablı bərabəliyə razılaşıb.
Eldarla Rüstəm start "11-lik"də yer alıb. Əhmədzadə sonadək oynayıbsa, Quliyev 76-cı dəqiqədə əvəzlənib. Rüstəm matçın 56-cı dəqiqəsində sarı vərəqə də alıb.
11 tura 7 xal toplayan “Minay” turnir cədvəlində 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb. "Tülkülər"in ehtiyatda da əvvəlki turlardan təxirə salınmış bir oyunu var.
Nihat