Futbol üzrə Çexiya millisinin hücumçusu Patrik Şik AÇ-2020-nin ən yaxşı qolunun müəllifi üçün hazırlanmış mükafatına qovuşub.
Fanat.Az xəbər verir ki, 25 yaşlı hücumçuya rusiyalı kalliqraf-rəssam Pokras Lampasın hazırladığı xüsusi kubok təqdim olunub.
Patrik Şik AÇ-2020-nin qrup mərhələsi çərçivəsində Şotlandiyanı 2:0 hesabı ilə məğlub etdikləri oyunda baxımlı qola imza atmışdı. Almaniyanın “Bayern Leverkuzen”də çıxış edən forvard 52-ci dəqiqədə topu mərkəz xətti yaxınlığından tora qovuşdrmuşdu.