
Azərbaycan milli komandasının üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" bu gün Türkiyə I Liqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, "ağ-yaşıllar" "Timsah Park Arena"da "İstanbulspor"u qonaq edib.
Görüş Bursa təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Namik matçda sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, Namik Ələskərov Türkiyə I Liqasında 8 oyunda meydana çıxıb və 2 qol vurub.
Mirağa