Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa Ekstraklassasının XVI turu çərçivəsində "Yagelloniya" ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, Varşava təmsilçisinin 7 oyunluq məğlubiyyət seriyasından sonra qazandığı qələbədə (1:0) Emreli də pay sahibi olub.
Millimizin forvardı bu görüşdə rəqib qapısına yol tapa bilməsə də, yeganə qolun ötürməsini verib.
"Legiya" - "Yagelloniya" matçının videoicmalını təqdim edirik: