Azərbaycanlı müdafiəçi Turan Manafovun icarə əsasında çıxış etdiyi "Olimpiakos Volos" növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, ötən həftə "Səbail"dən ayrılaraq Yunanıstanın ikinci liqa təmsilçisinə yollanan Turanın debütü baş tutmayıb.
Belə ki, o, "Niki Volos"la 11-ci turdan təxirə salınmış derbi matçın iştirakçısı olmayıb. Komandası meydandan 0:1 məğlub ayrılıb.
Qeyd edək ki, "Olimpiakos Volos" keçirdiyi 12 oyunda cəmi 9 xal toplayaraq 17 komandanın iştirak etdiyi yarışda 15-ci pillədə qərarlaşıb. Manafovun komandası çempionatda növbəti oyununu yanvarın 30-da "Apollon"a qarşı keçirəcək.
Mirağa