
“Mançester Yunayted”in keçmiş futbolçusu Rio Ferdinand “Qırmızı şeytanlar”ın hazırkı futbolçularını “Mançester Siti” ilə oyunda (1:4) darmadağın olduqlarına görə sərt tənqid edib.
Fanat.Az xəbər verir ki, "Daily Mail" sabiq müdafiəçinin dediklərini belə çatdırıb: “Kənardan mənə elə gəlir ki, onlar rəqiblə sadəcə, dost olmaq istəyir. Heç kim rəqibinin xətrinə dəymək istəmir. Əzəli rəqibləri ilə olduqca nəzakətli davranırlar.
Qazanmaq üçün insanları itələmək, idman aqressiyası nümayiş etdirmək lazımdır. Bunlar isə bədbəxt görünməyə meyllidirlər.
Dostum, sən “Mançester Yunayted”in heyətində derbidə oynayırsan. Təsəvvür edin ki, nə qədər insan sizin yerinizdə olmaq istəyir. Və elə bil tarlada gəzirsən. Belə oynamaq olmaz. Bu, “Mançester Yunayted”in oyunçularından hiss etdiyim əhval-ruhiyyədir.
Futbol oynamaq üçün bir klubdasansa, təkmilləş, hər gün çalış və tənqidi qəbul et. Oynaya bilmirsənsə, rədd ol klubdan!"
Xatırladaq ki, "Mnaçester Yunayted" 47 xalla İPL-in turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.