14:48 09.03.2022 853

Makay, Corkayeff və Veronu birləşdirən tarix

Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 9 martda baş verən əlamətdar hadisələri təqdim edir:  

Roy Makay 9 mart 1975-ci ildə Viexen şəhərində (Niderland) anadan olub.

Makay mərkəz hücumçusu qismində çıxış edib.

Hücumçu Niderlandın “Vitesse” (1993-1997), İspaniyanın “Tenerife” (1997-1999), “Deportivo” (1999-2003), Almaniyanın “Bavariya” (2003-2007) komandalarında forma geyinib. Daha sonra vətəni Niderlanda qayıdıb və " Feyenoord" (2007-2010) klubunun şərəfini qoruyub.

Nailiyyətləri: Avropa çempionatının 2 qat bürünc mükafatçısı (2000, 2004); İspaniya çempionu (2000); İspaniya Kubokunun qalibi (2002); 2 qat Almaniya çempionu (2005, 2006); 2 dəfə Almaniya Kubokunun qalibi (2005, 2006); Almaniya Liqa Kubokunun qalibi (2004); Hollandiya Kubokunun qalibi (2008); "Qızıl buts"un qalibi (2003).

Xuan Sebastyan Veron 1975-ci ilin bu günü La Platada (Argentina) dünyaya göz açıb.

Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçu karyerasına vətənində "Estudiantes" (1994-1996) və "Boka Xuniors" (1996) klublarında başlayıb. Daha sonra isə İtaliyaya köçüb. O, “Sampdoriya” (1996-1998), “Parma” (1998-1999) və “Latsio”nun (1999-2001) şərəfini qoruyub.

Bir neçə il İngiltərədə "Mançester Yunayted" (2001-2003) və 2003-cü ildən 2007-ci ilə qədər cəmi 7 matçda iştirak etdiyi "Çelsi"də oynayıb.

Daha sonra "İnter"də (2004-2006) icarə əsasında top qovduqdan sonra argentinalı yarımmüdafiəçi "Estudiantes"ə qayıdıb.

Nailiyyətləri: Amerika Kubokunun gümüş mükafatçısı (2007); UEFA Kubokunun qalibi (1999); UEFA Superkubokunun qalibi (1999); Libertadores Kubokunun qalibi (2009); 2 qat Argentina çempionu (2006, 2010); 2 qat İtaliya çempionu (2000, 2006); 4 qat İtaliya Kubokunun qalibi (1999, 2000, 2005, 2006); İtaliya Superkubokunun 2 qat qalibi (2000, 2005); İngiltərə çempionu (2003); Cənubi Amerikanın 2 dəfə ən yaxşı futbolçusu (2008, 2009).

9 mart 1968-ci ildə Lionda (Fransa) dünyaya gələn Yuri Corkayeff hücumameyilli yarımmüdafiəçidir. Fransanın "Qrenobl" (1984-1989), "Strasburq" (1989-1991), "Monako" (1991-1995), PSJ (1995-1996), İtaliyanın "İnter" (1996-1999), Almaniyanın "Kayzerslautern" (1999-2002) klublarında oynayıb. İngiltərədə "Bolton Uonderers" (2002-2004), "Bləkbörn Rovers" (2004), ABŞ-ın isə "Metrostars" (2005-2006) klubunda çıxış edib.

Nailiyyətləri: Dünya Çempionu (1998); Avropa çempionu (2000); Avropa çempionatının bürünc mükafatçısı (1996); Konfederasiyalar Kubokunun qalibi (2001); UEFA Kubokunun qalibi (1998); Kuboklar Kubokunun qalibi (1996); Fransa Kubokunun qalibi (1991); Fransa çempionatının bombardiri (1994).

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 Avqust 2026
10:52

Yaponiya millisinin üzvü İngiltərə klubuna keçdi

10:26

"Barselona" müdafiəçisini İngiltərə nəhənginə icarəyə verir

09:38

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

"Çempionatın startına qədər 60-70 faiz hazır olacağıq" - Həşimov baxışa çağırdığı legioneri bəyənəcəkmi?

01:16

Nəriman Axundzadə "Erzurumspor"da - RƏSMİ

07 Avqust 2026
23:32

"LANDAU Lions" amerikalı basketbolçunu heyətinə qatdı

22:48

FİFA-dan Manuel Uqarte qərarı

22:12

Azərbaycan və İran arasında idmanda əməkdaşlığa dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planı imzalanıb

21:48

"Barselona"ya gürcü hücumçu gəlir

20:45

"Sumqayıt" Qətər klubu ilə heç-heçəyə razılaşdı

20:41

Mauro İkardi İspaniya yolunda

20:16

İtaliya futbolunda yeni təyinat

19:51

"Səbail"in İdarə Heyətinin üzvləri açıqlandı

19:09

"Mən azarkeşlərimizə güvənirəm" -Yuri Vernidub

18:38

Stolustü tennisçilərimiz Türkiyəyə yollanıblar

18:04

Diomande "Real"ın məşqinə qatılmadı

17:42

Serdar Dursunun yeni klubu müəyyənləşdi

17:26

"Sabah" Bakıda səfərdəki kimi inamli oynasa, qələbə qazanacağına şübhə etmirəm" - Elgiz Kərəmli

17:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:08

"Zirə" Namik ilə yollarını ayırdı - RƏSMİ

16:50

"Qarabağ"ın problemi hücum xəttidir" - Ağasəlim Mircavadov

16:32

İspaniyalı müdafiəçi "Bornmut"da - RƏSMİ

16:13

"Sabah" oyunu ilə göstərdi ki, evdə "Orhus"a qalib gələ bilər"

15:46

"Sabah" Həmzə Çoudrini transfer edə bilməyəcək?

15:29

Avropa çempionu Qazaxıstan millisinə baş məşqçi təyin edildi

15:11

MOİK rəsmiləri Xankəndiyə yollanır

14:53

Azərbaycan yığması Şimali Makedoniyaya qalib gəldi

14:34

"El Klassiko" Türkiyədə keçirilə bilər

14:17

"Şəfa" son yoxlama oyunlarını keçirdi

13:59

"Qarabağ"ın növbəti mərhələyə adlayacağına ümid edir və inanıram" - Samir Əliyev

13:41

Fransa klubu Lukakunu rənglərinə bağlamağı planlaşdırır

13:22

Türkiyə millisinin qapıçısı La Liqada oynayacaq - RƏSMİ

13:04

"Barselona" Rodriyə görə 50 milyon avro verəcək

12:51

"Qalatasaray" Martinellini istəyir

12:33

Arif Əsədov: "Qarabağ" artıq üç matçdır ki, qol vura bilmir, amma..."

12:14

Albaniya klubuna keçən Kamil "Liverpul"da oynamaq istəyir - AÇIQLAMA

11:55

"Mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi transfer etmək istəyirik" - Kaxaber Tsxadadze

11:34

Alvares "Barselona"ya keçməkdə qərarlıdır - Simeone ilə danışdı

11:08

"Kuboklar qazanmağa gəlmişəm" - Məhəmməd Salah

10:51

Vinisus Juniorla müqavilə uzadıldı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X