"İnter"in hücumçusu Aleksis Sançes bu yay iş yerini dəyişməyə hazırlaşır.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, Milan klubu çilili forvardı yüksək əməkhaqqı aldığı üçün ucuz qiymətə satmağa razıdır.
Mənbə "İnter"lə olan müqaviləsinin müddəti 2023-cü ilin iyununda başa çatacaq 33 yaşlı futbolçunun 3,5 milyon avrodan da aşağı məbləğə satılacağını vurğulayıb.
Bu mövsüm A Seriyasında 19 oyunda meydana çıxan Sançes 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat