11:36 12.03.2022 1336

"Ərdoğan fanatdır, Putin isə..." - UEFA prezidenti

UEFA prezidenti Aleksandr Çeferin İtaliyanın "Corriere della Sera" nəşrinə müsahibə verib. 

Fanat.Az sözügedən nəşrə istinadən xəbər verir ki, qitə futbol qurumunun rəhbəri həm Ukraynanın işğalı nəticəsində Rusiyaya qarşı tətbiq edilən idman sanksiyalarına, həm də “Qorxunc Liqa” adlandırdığı Avropa Superliqası ideyası ilə bağlı açıqlamalar verib.məsələsinə toxunub.

Sloveniyalı futbol funksioneri Rusiyaya sanksiyaların siyasi olmadığını bildirib: “Mən müharibə ilə böyümüşəm və bu, indiki ilə çox oxşar idi: qardaşlar arasında müharibə. Yuqoslaviyada heç kim heç nə etmədi, dəhşətli idi. Xoşbəxtlikdən bizim slovenlilər üçün müharibə cəmi 10 gün davam etdi. 23 yaşım olanda ailəmlə bağda idim. Bir kişi gəlib dedi ki, müharibə başlayıb...

Rusiyaya qarşı idman sanksiyaları tətbiq etdik və Ukraynadakı uşaqlara, qaçqınlara 1 milyon avrodan çox ianə verdik. Biz siyasətçilərin təsirinə düşmürük, amma siyasət həyatın bir hissəsidir və biz ona təsir edə bilərik. Çünki biz çox adamın dəstəyinə malikik. Mən hökumətləri infrastruktura sərmayə qoymağa inandırıram. Bəzi dövlət başçıları futbolla maraqlanır. Emmanuel Makron, Rəcəb Tayyib Ərdoğan, Angela Merkel fanatdır. Putinin futbol həvəskarı olduğunu düşünmürəm, başqa idman növlərinə üstünlük verir. Sanksiyalar lazımdır: çünki bu, siyasi deyil, humanitar böhrandır”.

UEFA prezidenti Avropanın üç nəhəng klubunun - "Real Madrid", "Barselona" və "Yuvenyus"un Superliqa yaratmaq ideyasına da toxunub: "Avropa İttifaqı Məhkəməsi UEFA-nı monopoliya hesab edərsə, o zaman üç klub ("Barselona", ​​"Real Madrid", "Yuventus") özlərinin... Onlar həm orda, həm də UEFA-da olmaq istəyirlər, amma ora bir metafizik yerdir. Məncə, onlar Yerin düz olduğuna inanırlar. Ümumiyyətlə, gəlin onu Superliqa adlandırmağı dayandıraq və belə deyək: "Qorxunc Liqa".

Çeferin "Yuventus" və Andrea Anyelli ilə bağlı suala belə cavab verib: "UEFA və "Yuventus" iki fərqli qurumdur: onların hər zaman düzgün münasibəti olacaq. Dediyiniz şəxs haqqında isə bir söz demək istəmirəm: keçmişdə qalıb”.

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyun 2026
11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kurasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

20:43

"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib

20:18

"Beşiktaş" müdafiə xəttini gücləndirir

19:52

Alvares "Barselona"ya keçmək istəyir - Transfer şərti məlum oldu

19:21

"Liverpul"dan 115 milyonluq təklif

18:47

"Mançester Siti" transfer partlayışına hazırlaşır

18:22

Rafael Fiziyev Bakıya gəlib

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:38

Luçesku Yunanıstandan getdi - Yeni klubu da bilinir

17:01

"Neftçi" braziliyalı futbolçu ilə gücləndi - RƏSMİ

16:46

Acun Ilıcalıdan "Beşiktaş"lı futbolçuya rəsmi təklif - SON DURUM

16:11

Azərbaycan klubu məşqçisi ilə vidalaşdı

15:42

"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edildi

15:07

Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olundu

14:44

Millimizin baş məşqçisi DÇ-nin püşkünü dəyərləndirdi

14:20

Dünya Seriyası: Azərbaycan millisi Tailanda da uduzdu, Litvaya da

13:53

"Barselona" Levandovskinin gedişinə peşman oldu

13:20

"Kimsə sizə "Paraqvay öldü" desə, dərhal inanmayın"

12:56

"Sabah" portuqaliyalı futbolçu transfer etdi - RƏSMİ

12:19

Neymar yenə oynamadı, Ançelotti onun durumuna aydınlıq gətirdi

11:16

Montella Türkiyə millisinin DÇ-2026-da çıxışını erkən başa vurmasından nə danışdı?

10:41

DÇ-2026: Niderland İsveçlə qarşılaşır, Almaniya afrikalılarla üz-üzə

10:02

Azərbaycanda Dünya Seriyası başladı

09:38

Qrimaldo İspaniya nəhəngi ilə müqavilə imzaladı - SON DURUM

09:05

DÇ-2026: Braziliyadan darmadağın, Türkiyə azlıqda qalan rəqibinə uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X