
Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Goal" saytı: Anxel Di Maria PSJ-dən ayrılmaq istəyir. Onun "Benfika"ya qayıdacağı gözlənilir. Portuqaliya klubu Di Mariyanı heyətinə qatmaq niyyətindədir. Lakin “qartallar” futbolçunu transfer etmək üçün ciddi rəqabətlə üzləşəcək.
"Barselona"nın prezidenti Laporta Holandın transferi haqqında: "Dünyanın ən yaxşı maliyyə vəziyyətinə sahib olsaydıq belə, bahalı transferlər həyata keçirməzdik. Klub üçün əlavə risklər yarada biləcək işlər görmək olmaz. Biz çox işləyirik. Bilirik ki, azarkeşlər bəzi ulduz oyunçuları komandada görməyi arzulayırlar, lakin bəzi müqavilələr çox çətindir”.
"Herta" klubunun rəsmi saytı: Feliks Maqat "Herta"nın yeni baş məşqçisidir.
Kataloniyalı insayder Jerar Romero: "Messinin atası onun PSJ-dən "Barselona"ya qayıtmasını müzakirə etmək üçün katalon klubunun rəhbərliyi ilə əlaqə saxlayıb".
"Calciomercato" nəşri: "Napoli" "Sassuolo"nun ulduzu Hamed Traore ilə maraqlanır. Hücummeyilli yarımmüdafiəçi neapollulara 25 milyon avroya başa gələcək.
"El Nacional" nəşri: Zinəddin Zidan PSJ-yə rəhbərlik etsə, Kazemironu kluba dəvət edəcək. Florentino Peres yaxşı təklif alacağı təqdirdə futbolçunu buraxmağa hazırdır.
Emin Şəmsiyev