
Futbol üzrə Latviya çempionatında 3-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadənin formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Valmiera” ilə qarşılaşıb. Əlizadənin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. "Neftçi"nin yetirməsi olan Asim bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Üç turdan sonra 4 xalı olan “Dauqavpils” 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.