
Moskva "Spartak"ının baş məşqçisi Gilyermo Abaskal Rusiya Superkuboku matçında Sankt-Peterburq "Zenit"inə böyük hesablı məğlubiyyətdən sonra fikirlərini bildirib.
Fanat.Az "MatchTV" telekanalına istinadən xəbər verir ki,mütəxəssisin fikrincə, mövsümün əvvəlində 0:4 hesablı məğlubiyyət onun komandasını daha da gücləndirəcək.
“Bu gün biz bu məğlubiyyəti qəbul etməliyik. Sabah isə başımızı dik tutaraq daha çox işləməliyik. Bu cür məğlubiyyətlər bizi zəiflətmir, əksinə, gücləndirir”, - deyə çalışdırıcı kanalın efirində bildirib.
Emin