"Barselona"nın sabiq müdafiəçisi Dani Alves dünya idmanındakı irqçilikdən danışıb.
Fanat.Az "The Guardian" 39 yaşlı braziliyalı futbolçunun veteran pilot Nelson Pikenin Formula 1 ulduzu Lüis Hemiltona "zənci" deməsi ilə bağlı söylədiklərini belə çatdırıb:
"Bu vəziyyət məni narahat etməyə bilməz. Problem yalnız Pikenin sözlərində deyil, ümumi durumdadır. Formula 1-in ən titullu pilotuna belə hücum çəkirlərsə, təsəvvür edin, başqaları - daha az tanınanlar necə əziyyət çəkir.
Dua edir və rasizmə məruz qalan bütün insanlardan üzr istəyirəm. Onlara görə üzülməyə bilmərəm. İnsanların dərisinin rənginə görə əlavə problemlərlə qarşılaşması acı reallıqdır".
Nihat