
"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi Vyana "Rapid"inin sağ cinah müdafiəçisi Lukas Zultsbaxer klubdan ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Rapid"in rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçu Avstriyanın digər klubu "Tirol"a keçib.
Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.
Emin