14:32 19.08.2022 3281

"Meydan amili "Qarabağ"ın özünə mənfi təsir göstərdi" - Samir Abasov

Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşan "Qarabağ" ilk oyunu 0:0 hesablı heç-heçə ilə başa vurdu. Cavab matçı avqustun 23-də Plzendə keçiriləcək.

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq müdafiəçisi, "Neftçi"nin keçmiş çalışdırıcısı Samir Abasov Fanat.Az-a açıqlamasında "Viktoriya" ilə oyunlar barədə fikirlərini bölüşüb:

"Oyun özlüyündə çox maraqsız keçdi. Bu, mənim şəxsi fikrimdir. Ola bilər başqası üçün baxımlı olsun, amma mənim üçün çox darıxdırıcı idi. Fikrimcə, "Viktoriya" daha öncəki mərhələlərdə düşsəydi, "Qarabağ" onu elə birinci raundda keçərdi. İntizamlı komanda olmağına baxmayaraq, belə desəm, "Qarabağ"ın "diş"inə görə rəqibdir. "Viktoriya" həddən artıq ehtiyyatlı yanaşdı oyuna. Həm "Qarabağ"dan çəkinirdi, həm risk etmirdi, həm də hansı mərhələdə oynadığının fərqində idi.

"Qarabağı"ı yaxşı təhlil etmişdilər. Zubirin qarşısını alıb sıx müdafiə ilə oynamaları buna sübutdur. Məqsəd ÇL-in qrupudursa, komanda nəyin bahasına olursa olsun, istənilən oyun üslubu ilə həmin yarışın qrupuna düşmək istəyir. Yəni bu baxımdan "Qarabağ" üçün çətinlik yaratdı. Deyim ki, Çexiya çempionu özlüyündə zəif deyil. 

"Viktoriya" həmin gün açıq futbol oynamaq fikrində deyildi. Düşünürəm ki, meydan amili də burada rol oynadı. "Qarabağ"a mənfi təsir göstərdi. Vadjinin bir neçə epizodda ayağının yerə girməsi, ötürmələrin istənilən kimi getməməsi də onu göstərdi ki, meydan "Qarabağ"a problem yaradır". 

44 yaşlı mütəxəssis Çexiyada keçiriləcək cavab oyununun hansı məcrada keçəcəyi barədə düşündüklərini də dilə gətirdi: 

"Çexiyada tam başqa bir oyunun şahidi olacağıq. Özümə də maraqlıdır ki, oradakı oyun necə keçəcək. Məncə, həddindən artıq çətin olacaq. 

Masanın üstündə Çempionlar Liqasının qrupudursa, rəqib hər bir yola əl ata bilər. Onlar Bakıda qapansalar da, bir neçə real qol imkanları oldu. Belə bir müdafiə oyunu ilə bu epizodları yaradırlarsa, deməli, "Viktoriya" Çexiyada da həmin üslubu təkrar edə bilər. Qurban Qurbanov daha təcrübəlidir və nə edəcəyini yaxşı bilir. Amma düşünürəm ki, "Qarabağ" səfərdə də həmin ssenari ilə davam etməlidir. Əks-halda, bunun nəticəsi yaxşı olmaya bilər". 

"Viktoriya"nın kapitanı Lukaş Heydanın vərəqə limiti dolduğu üçün ikinci matçda olmayacağına gəlincə, Abasov bunu əlavə üstünlük sayır:

"Əlbəttə ki, onun oyunda olmaması "Qarabağ"a müsbət təsir göstərə bilər. Qurbanovun yetirmələri göstərdi ki, Heyda meydana çıxanda belə, rəqibin qapısı qarşısında təhlükə yarada bilir. Səfərdə də həmin şanslar olacaq. Yenə deyirəm, ilk oyun darıxdırıcı keçdi. Biz bilirik ki, "Qarabağ" yaxşı top saxlaya bilir. Amma bu gün top saxlamaq böyük bir üstünlük hesab olunmur. Elə komandalar var ki, top saxlamaq onların özlərinə lazım deyil. Əks-hücum edəcəksənsə, standartlardan fərqlənmək istəyirsənsə, lap səhərə kimi top saxla... Nə olsun?" 

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

01:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:43

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X