14:43 19.09.2022 565

\"Şamaxı\" rəhbərliyi verdiyi sözlərin heç birinə əməl etmədi\" - AÇIQLAMA

Misli Premyer Liqasında mübarizə aparan "Şamaxı"nın "Sektor 56" fanklubuna Şamaxı şəhər stadionunda komandanı dəstəkləmək qadağası qoyulduğuna dair xəbər yayılıb. 

Fanat.Az olaraq məsələyə aydınlıq gətirmək üçün fanklubun təsisçisi Loğman Məlikli ilə əlaqə saxladıq. 

Azarkeş dəstəsinin rəhbəri saytımıza açıqlamasında əvvəlcə fanklubun yaranma tarixi ilə bağlı danışdı:

"Sektor 56" fanklubu 2019-cu ildə tərəfimizdən yaradılıb. O zaman Region Liqasında Şamaxının komandası çıxış edirdi. Həmin oyunlarda komandanı dəstəkləməyə gedirdik. Həmin dönəmlərdə rayonda bizə yanaşma fərqli idi. Bizə gülürdülər ki, bekarsınız, Region Liqasında oynayan komandaya dəstək olursunuz? Bütün bunlara rəğmən daha da həvəsləndik. Komandanı səfər oyunlarında da tək buraxmadıq. Ağsu, Saatlı, Beyləqan və digər bölgələrimizə gedirdik. Avtobus tutub komanda ilə birgə səfər edirdik. İşimizi məsuliyyətlə və istəklə gördüyümüzü anlayanda, insanlar artıq bizi ciddi qəbul etdi. Paytaxdakı komandalara baxmayın. Çempionatın öndə gedən klublarının fanat dəstəsi üçün asandır. Məsələn, "Forza Neftçi", "İmarət tayfa" kimi fanklublar stereotipləri asanlıqla qıra bilir. Onlardan fərqli olaraq biz hardasa kompleks hiss edirdik. Bundan qurtulmalı idik. Mərhələli şəkildə artıq sıxıntı ilə deyil, çılğın şəkildə dəstək olmağa başladıq. 

Daha sonra Region Liqasında komandanın fəaliyyəti dayandırıldı. Uşaqlar dağıldılar. Pandemiya dövrü düşdü, həyat dayandı. Sonradan eşitdik ki, "Keşlə" klubunu Şamaxıya veriblər. Bu xəbərə çox sevindik. Düşündük ki, arxada qalan illər ərzində topladığımız təcrübə, imicdən daha yaxşı faydalana bilərik. 

Ancaq təəssüf ki, hər şey heç də istədiyimiz kimi olmadı. Belə qənaətə gəlmək olar ki, Region Liqası bizim üçün daha dəyərlidir. Ev oyunlarında komandanı dəstəkləyə bilmirik. Stadionda bunun üçün imkan verilmir. Buna görə komandanın rəhbərliyi ilə aramızda mübahisələr olur. Əminəm ki, nə rəhbərlik, nə biz bunun belə olmasını istəmirik. Şəhərdəki fanklublar kimi öz bəstələrimizdə jarqon sözlərdən istifadə edə bilmirik. Komandanı ruhlandırıb irəli apara biləcək şüarlar səsləndirə bilmirik. Biz azarkeşik, oyunu izləyənlərdən fərqli olaraq komandanı 90 dəqiqə dayanmadan ayaq üstə dəstəkləməliyik. Ancaq bizə deyillər ki, ayaq üstə dayanmayın, oturun. Məgər biz teatra gəlmişik? 

Mövsüm başında polislərlə aramızda münaqişə yaranmışdı. "Şamaxı" "Neftçi"ni qəbul etdiyi matçda, mən AFFA nümayəndələrinin də əyləşdiyi sektora yaxınlaşıb klub rəhbərliyinə müraciət etdim.  Açıq şəkildə bildirdim ki, sizinlə biz heç zaman "Şamaxı"nın uğurları istiqamətində bir araya gəlib gücümüzü toplaya bilməyəcəyik. Burda oturan azarkeşlərə də məcbur bilet satıb gətirirsiniz. Həmin azarkeşlərə nə "Şamaxı"nın qapıçısı Rəşad Əzizli maraqlıdır, nə Adil Nağıyev, nə də digər üzvü. Onlara bizim göstərdiyimiz performans maraqlıdır. Bütün bunları AFFA nümayəndələrinin yanında dedim. Orada əyləşən insanların üz reaksiyasından belə qənaətə gəldim ki, onlar mənimlə razıdır. 

Ondan sonra qərar verdik ki, ev oyunlarına getməyək. Bu xəbər rəhbərliyin qulağına çatdı və məni dəvət etdilər. Getdim onların qəbuluna. Dedilər ki, siz hardasa haqlısınız. Gəlin, bu gündən sizə maliyyə dəstəyi verək. Bu xəbərə görə uşaqlar sevindilər. Ən çox da mən sevindim. Çünki səfər oyunlarına yol xərclərini ödəmək üçün uşaqlardan pul yığanda çox utanıram. Onlar hamısı komandanı dəstəkləmək istəyirlər. Özləri oyundan bir həftə əvvəl mənə zəng edirlər ki, pul yığıb avtobus tutaq, komandanın yanında olaq. Mən həmişə razılaşıram. Komandanı tək qoymaq lazım deyil. Amma onların da qarşısında istər-istəməz utanıram. Hamısı cibindən pul xərcləyir. Bu səbəbdən rəhbərliklə razılaşdım. Klub rəhbərliyi bizə verdiyi sözlərin heç birinə əməl etmədi. Canları sağ olsun. Təki komanda irəli getsin. Ancaq biz komandanı boykot edib nə ev, nə də səfər oyunlarına getmədik. Dünən ilk dəfə komandanı tək qoyduq. Amma inanın ki, buna görə çox pis olduq. Həmin axşam uşaqlarla bir araya gəldik. 200-ə yaxın üzvümüz var. Qərara gəldik ki, özümüzə büdcə ayıraq və bacardığımız qədər pul yiğıb yenidən komandanı dəstəkləyək. Düşündük ki, rəhbərlikdən bizə heç bir dəstək gəlməyəcək. Hər halda onların öz problemləri daha çoxdur. İnsanın öz çətinliyi ola-ola və bunu həll edə bilməyib digər adamın problemi ilə maraqlana bilməz. Bunu anlayıram. Bu mövsüm heç nə toplaya bilməmişik deyə heç bir oyunda iştirak edə bilməyəcəyik. Büdcə toplanmalıdır, bannerlər dəyişilməlidir, azarkeş geyimi alınmalıdır. Bundan əlavə də rəhbərliklə aramızda olan daimi gərginliyə görə belə qərara gəldik. Elə "Kəpəz"lə oyunda da onlarla aramızda mübahisə oldu. Heç bir şəkildə ortaq məxrəcə gələ bilmirik. Başa düşə bilmirəm, bəlkə onlar tribunanı başqa görür, biz isə fərqli düşüncədəyik bu barədə. Ola bilsin, rəhbərlik daha mədəni futbol istəyir, amma biz komandanı səs-küylü şəkildə dəstəkləmək istəyirik. İstənilən halda hər kəsə uğurlar. Yenə də onlarla bizim istəyimiz, amalımız eynidir. Hər ikimiz eyni nöqtəyə vururq. Biz belə vururuq, onlar elə vururlar. Biz istəyirik rəhbərliklə ortaq məxrəcə gələk. Görüşdük, həqiqətən gözəl şəkildə anlaşdıq, amma daha sonra deyilənlər olmadı. Yenə də dünən məni görüb yaxınlaşdılar. Həmişəki kimi eyni şeyləri dedilər. Yəqin düşünürlər ki, onlar qədər bizim futboldan anlayışımız yoxdur. Şükürlər olsun ki, ən azından top nədir, ofsayd nədir bilirik. Samir Abbasov demişkən, mövqesiz insanlar deyilik. Ən azı ora gedəndə öz mövqeyimiz olur. Biz komandanı dəstəkləməyə gedirik. 

Loğman "Sektor 56"nın "Şamaxı"nı dəstəkləməyinə qadağa qoyulması barədə yayılan söz-söhbətlərə də aydınlıq gətirdi: 

"Bizə əslində heç-bir şəkildə qadağa qoyulmayıb. Vəziyyəti belə izah edim. Normalda sıravi tamaşaçılar meydanda oturub oyunu izləyirlər. Buna görə polis kiməsə "niyə oyuna baxırsan?" demir. Fanklub isə belə deyil. Futbol fanatı olmaq, fanklub şəklində komanda dəstəkləmək bir submədəniyyətdir. Biz adi azarkeş deyilik. Bizim işimiz oturmadan, dayanmadan komandanı dəstəkləməkdir. Uşaqların qarşısında "amiqo" olmalıdır. Biz özümüzə uyğun sektor istədik. Rəqib komandanın fanklubunun yanında olmaq istədik. Ancaq bizə icazə vermədilər. Dedilər ki, aranızda dava düşə bilər. Digər tərəfə gedirik, sıravi azarkeşlərlə problem yaşayırıq. Dəstək olduğumuz yerdə uşağın köynəyində tutub dartırlar ki, otur aşağı oyunu görə bilmirik. Burda da otura bilmirik. Problemlər budur. Məsələ o qədər uzundur ki..

Polisin bizə qadağa qoyması xəbərini yenicə eşitmişəm. Oyunlarda bandana taxmağımıza qarşı olduqları barədə xəbər həqiqəti əks etdirir. Burda nə problem ola bilər ki? Köynəyi əynimizdən çıxarmağa icazə vermirdilər. "Welcome to cəhənnəm" bannerini də qoymurdular, amma xahiş minnətlə çıxara bildik. Yəni, bizim belə sıxıntılarımız var". 

Emin Şəmsiyev

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

16:53

Futzal üzrə Azərbaycan Kuboku: Yarımfinal matçlarının təyinatları bilindi

16:37

Xavinin taleyi həll olunur - Laporte, Yuste və Deku bir araya gələcək

16:19

İnzagi Mourinyunu geridə qoydu

16:01

AFFA-dan maaşların azaldılması və liqanın ləğvi xəbərlərinə REAKSİYA

15:42

A Seriyasında maraqlı tendensiya: 6-da 6

15:24

Tuxel İspaniya nəhənginin təklifini geri çevirdi - Bu kluba gedəcək

15:05

"Milan" rəhbərliyi Pioli barədə son qərarını verdi

14:47

Bakıda UEFA-nın məşqçilik kursu başladı

14:30

Legioner rüsumu 50 min manat olsa...

14:11

“Prezident Kuboku”: Azərbaycana 20-dən çox ölkənin idmançısı gəlir

13:56

"İnter"ə çempionluq gətirən qələbə - VİDEO

13:49

AÇ-2024: Baş hakimlərin adları açıqlandı - Siyahıda türk də var

13:38

"Biz skudettonu hələ martda qazanmışdıq" - Simone İnzagi

13:20

Xavi tarixi antirekordu təkrarladı

12:19

Azərbaycan çempionatında ilk finalçı bilindi

12:00

"Zirə" Qəbələdə kimləri oynada bilməyəcək? - ADLAR

11:36

"Qəbələ"ni məğlub edən komanda UEFA Gənclər Liqasının qalibi oldu

11:15

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə

10:54

Tyaqo Silva "Çelsi"dən ayrılmağı qətiləşdirdi - Yeni klubu da məlumdu 

10:35

U-17 Belarusla üz-üzə

10:14

"Bayer"in rəsmisi Virtsin qiyməti haqqında: "Səhv etmişəm" 

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

01:30

"Sevilya" turu 3 xalla başa vurdu

00:23

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

00:11

"Fənərbağça" büdrədi

22 Aprel 2024
22:46

AÇ: Azərbaycanın 3 boksçusundan qələbə

20:07

"Azərreyl" dramatik qələbə ilə çempion oldu

18:46

A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

17:55

"Əvvəllər burada qələbə qazanıb-qazanmadığımızı xatırlamıram" - Yürgen Klopp

Facebookdan bizi izləməyi unutmayın.
X