Estoniyanın "Levadiya" komandasının baş məşqçisi Maksim Kaliniçenko istefaya göndərilib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis təyinatından 10 gün sonra qovulub.
Tallin təmsilçisinin rəhbərliyi futbolçularla söhbətdən sonra bu qərarı qəbul edib. Klub prezidenti Viktor Levada hesab edir ki, komanda Kaliniçenkonun rəhbərliyi altında uğur qazana bilməz.
Qeyd edək ki, Kaliniçenko "Levadiya"nı cəmi 1 oyuna çıxarıb. Paytaxt təmsilçisi həmin qarşılaşmada "Kuressaare"yə uduzub.