
Milan "İnter"inin hücumçusu Romelu Lukaku zədələnib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Mənbə Belçika millisinin forvardının əzələsindən ciddi xəsarət aldığını və sabah Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək matça - "Bayern Münhen"lə səfər qarşılaşmasına kənardan baxacağını vurğulayıb. Forvardın noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatına qədər bu problemi geridə qoymağa çalışacağını bildirib.
Qeyd edək ki, Lukaku cari mövsüm artıq ikinci dəfə zədələnir. Daha öncə o, vətərlərindəki zədəyə görə 57 gün "İnter"ə kömək edə bilməmişdi.
Nihat